Bank Of Baku

Avropa İttifaqı Özbəkistan hakimiyyətini həbsdə olan jurnalist və hüquq müdafiəçilərini azadlığa buraxmağa çağırıb

Avropa İttifaqı Özbəkistan hakimiyyətini həbsdə olan jurnalist və hüquq müdafiəçilərini azadlığa buraxmağa çağırıb
# 17 dekabr 2008 07:59 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa İttifaqı Prezidentliyi Özbəkistan hakimiyyətini həbsdə olan jurnalist və hüquq müdafiəçilərini azadlığa buraxmağa çağırıb. APA-nın Brüsseldəki müxbirinin verdiyi məlumata görə, Aİ rəhbərliyi hüquq müdafiəçiləri Dilmurod Mühiddinov və Mamarəcəb Nəzərovun azadlığa buraxılmasından məmnunluq ifadə edib. Müraciətdə bildirilir ki, iki hüquq müdafiəçisinin azadlığa buraxılmasına rəğmən müstəqil jurnalist Solijon Əbdürrəhmanov və hüquq müdafiəçisi Aqzam Turqunovun 10 il müddətinə azadlıqdan məhrum edilməsi narahatlıq doğurur. Avropa İttifaqı Özbəkistan hakimiyyətindən həmin şəxslərə qarşı irəli sürülən ittihamlara aydınlıq gətirilməsini tələbə edib. Xatırladaq ki, Avropa İttifaqının xarici əlaqələr və ümumi işlər üzrə Nazirlər Şurası Özbəkistanda insan hüquqlarının pozulması ilə bağlı 2005-ci ildən tətbiq olunan sanksiyaları oktyabrın 13-də ləğv edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR