Bank Of Baku

Türkiyənin baş naziri ermənilərdən üzr istəməyin yanlış olduğunu bildirib

Türkiyənin baş naziri ermənilərdən üzr istəməyin yanlış olduğunu bildirib
# 17 dekabr 2008 11:46 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan hakimiyyətə gəldikdən bəri Ermənistanla münasibətləri normallaşdırmağa çalışdıqlarını bildirib: “Ermənistana hava yolu ilə yük daşınmasına icazə verdik. Vanın Akdamar qəsəbəsindəki erməni kilsəsini restavrasiya etdik. Prezidentimiz Ermənistan-Türkiyə matçına tamaşa etmək üçün bu ölkəyə getdi. Amma mən şəxsən bu kampaniyaya qatılmıram, onu dəstəkləmirəm. Kampaniyanı təşkil edənləri də anlamıram və yanlış olduğunu düşünürəm. Cinayət törətməmişəm ki, üzr istəyim. Məsələlərə xoş niyyətlə yanaşmaq başqa, ortada cinayət olmadığı halda üzr istəmək isə tamam başqa şeydir”.

Qeyd edək ki, Türkiyə prezidenti Abdulla Gül üzr kampaniyasını cəmiyyətdə fikir plüralizminin təzahürü adlandırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR