Bank Of Baku

Çexiya Avropa Birliyinə sədrliyinin prioritetlərini açıqlayıb

Çexiya Avropa Birliyinə sədrliyinin prioritetlərini açıqlayıb
# 17 dekabr 2008 16:13 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. 2009-cu il yanvarın 1-dən Avropa Birliyinə sədrlik edəcək Çexiya prioritetlərini açıqlayıb. APA-nın məlumatına görə, prioritet sahələr iqtisadiyyat, energetika və xarici əlaqələr olacaq. Xarici siyasətin əsas istiqamətini Qərbi Balkanlar regionunun birləşmiş Avropaya inteqrasiyası təşkil edəcək. Rusiyadan enerji daşıyıcıları alınmasında fasilələrlə üzləşmiş Çexiya enerji təhlükəsizliyi sahəsində diqqətini AB ölkələrinin ərazisi ilə enerji resurslarının sərbəst nəqlinə, AB ölkələrinin enerji sahəsində həmrəyliyinə, enerji ixracatçıları və tranzit ölkələrlə münasibətlərə yönəldəcək. Çexiya nüvə enerjisinin taleyi və rolu barədə müzakirələrə yenidən başlanacağını istisna etmir. Xarici siyasətdə AB-nin genişlənməsi ilə yanaşı, “Şərq tərəfdaşlığı”na da diqqət yetiriləcək. Bu layihə 6 keçmiş sovet respublikasının (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ukrayna) AB ilə iqtisadi və siyasi cəhətdən yaxınlaşmasını nəzərdə tutur. Bu sahədə üçüncü prioritet kimi Rusiya ilə münasibətlər göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR