Bank Of Baku

Avropa İttifaqı Milinkeviçin təşkilatının qeydiyyata alınmasını alqışlayıb

Avropa İttifaqı Milinkeviçin təşkilatının qeydiyyata alınmasını alqışlayıb
# 18 dekabr 2008 07:44 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa İttifaqının ümumi xarici siyasət və təhlükəsizlik siyasəti komissarı Havyer Solana Belarus hakimiyyət orqanlarının müxalifət lideri Aleksandr Milinkeviçin rəhbərlik etdiyi “Azadlıq uğrunda” hərəkatını qeydiyyata alması qərarını alqışlayıb. Bu barədə APA-nın Brüsseldəki xüsusi müxbirinə Havyer Solananın mətbuat katibi Kristina Qayak məlumat verib. Onun sözlərinə görə, vətəndaş cəmiyyətlərinin qanunvericilik hüququnun gerçəkləşməsi məsələsi Avropa İttifaqı və Belarus arasında dialoqda mühüm rol oynayır: “Havyer Solana hesab edir ki, “Azadlıq uğrunda” hərəkatı ilə bağlı qərar mühüm addımdır. Bu addım rəsmi Mİnsk avqustda bütün siyasi məhbusları azadlığa buraxdıqdan sonra Avropa İttifaqı ilə Belarus arasında münasibətlərin inkişafı baxımından mühüm təkandır”. Qeyd edək ki, Belarus Ədliyyə Nazirliyi rəsmi qeydiyyat şəhadətnaməsini hərəkat rəhbərliyinə dekabrın 17-də təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR