Bank Of Baku

Latviya “Eurovision”da iştirakdan imtina edib

Latviya “Eurovision”da iştirakdan imtina edib
# 18 dekabr 2008 07:57 (UTC +04:00)
Riqa – APA. Latviya Televiziyasının rəhbərliyi gələn ilin mayında Rusiya paytaxtında keçiriləcək “Eurovision” musiqi yarışmasında iştirakdan imtina edib. APA-nın Latviya mətbuatına istinadən verdiyi məlumata görə, televiziyanın baş direktoru Edqar Kots bildirib ki, bu qərar maliyyə vəsaitlərinə qənaət məqsədilə qəbul olunub. Telekanal Moskva və Brüsseldəki müxbir məntəqələrini də bağlayacaq və serial çəkilişindən imtina edəcək.

Qeyd edək ki, Latviya Televiziyasının 2009-cu il üçün büdcəsi 4,8 milyon dollar məbləğində azaldılıb. “Eurovision”da iştirak məqsədilə lisenziya almaq üçün Avropa Yayım Birliyinə təxminən 200 min dollar köçürmək lazımdır. Lisenziya almayan tərəf həm iştirakdan, həm də yayım hüququndan məhrum olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR