Bank Of Baku

Latviyada inkassator maşınına silahlı basqın olub

Latviyada inkassator maşınına silahlı basqın olub
# 18 dekabr 2008 08:04 (UTC +04:00)
Riqa-APA. Latviyada naməlum şəxslərin inkassator maşınına silahlı basqını nəticəsində ən azı bir nəfər ölüb, bir nəfər isə yaralanıb. APA-nın məlumatına görə, basqın zamanı başından güllə yarası alan polis keçinib, xəstəxanaya çatdırılan inkassatorun isə vəziyyəti ağırdır. Basqın Riqanın Marupe yaşayış məntəqəsi yaxınlığında baş verib. Yoldan keçən sürücülərin verdiyi məlumat əsasında hadisə yerinə gələn polis inkassator maşınının qarət edildiyini görüb. Hücuma mərzu qalan maşın “G4S Latvia” firmasına məxsusdur. Firma baş verən hadisə ilə bağlı yaxın saatlarda açıqlama yayacaq. Hazırda basqın nəticəsində firmaya dəyənə zərərin həcmi hesablanır. Faktla bağlı silahlı qarət maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR