Bank Of Baku

Türkiyədə müxalifətçi millət vəkili Abdulla Gülün anasının erməni olduğunu iddia edib – YENİLƏNİB

Türkiyədə müxalifətçi millət vəkili Abdulla Gülün anasının erməni olduğunu iddia edib – <font color=red>YENİLƏNİB </font>
# 18 dekabr 2008 08:29 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müxalifətdəki Cümhuriyyət Xalq (CHP) və Milliyyətçi Hərəkat (MHP) partiyalarının millət vəkilləri kampaniyaya dəstək verən şəxsləri pisləyən bəyanat qəbul olunmasını təklif ediblər. Etnik kürdlərdən ibarət Demokratik Toplum Partiyası (DTP) isə bunun əleyhinə çıxıb. Müzakirələr nəticəsində millət vəkillərinin fərdi şəkildə imza toplayaraq üzr kampaniyasını pisləməsinə qərar verilib. Ana müxalifət - Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, millət vəkili Canan Arıtman kampaniyanı təşkil edənləri vətən xaini adlandırıb: “Buna imza atan saxta ziyalılar Türkiyədən üzr istəməlidir”. C. Arıtman prezident Abdulla Gülün kampaniyaya münasibətini də kəskin tənqid edib. O, kampaniyanı təşkil edənlərin A. Gülün Ermənistan səfərindən cəsarətləndiyini söyləyərək prezidentin anasının erməni olduğuna işarə vurub: “Prezidentin də bu kampaniyanı dəstəklədiyini görürük. Abdulla Gül öz etnik kökəninin deyil, cümhurun, yəni türk millətinin prezidenti olmalıdır. Prezidentin ana tərəfdən etnik kökənini araşdırın, görəcəksiniz. Hörmətli Gülün anasının erməni olduğunu onun dayısı, mənim həmkarım, İzmir Atatürk Xəstəxanasının nevrologiya bölməsində çalışan doktor Əhməd Satoğlu öz assistentlərinə deyib”.

Xanım Arıtman əslində insanların etnik mənşəyinin əhəmiyyətli olmadığını və heç bir vətəndaşı etnik mənşəyinə görə qiymətləndirmədiklərini vurğulayıb: “Bizim üçün bunun önəmi yoxdur. Hansı etnik qrupdan olur-olsun, bütün insanlara hörmət edirik. Amma prezident olan şəxs bütün millətin hüququnu və qürurunu qorumalıdır. Türk dövləti və milləti üzr istəməsinə səbəb olacaq bir əməlin sahibi deyil. Prezidentdən gözləyirdim ki, türk milləti və dövlətinin soyqırım cinayəti törətmədiyini bütün dünyaya hayqırsın. Bunu etmədiyi üçün onu şiddətlə qınayıram. Etnik mənşəyi nə olursa-olsun, prezident xalqın hüququnu və qürurunu qorumalıydı. Amma Gül bunu etmədi. Biz Gülün anasının erməni olduğunu çoxdan bilirdik. Amma bunu heç vaxt dilə gətirmədik. İndi isə vəziyyət fərqlidir. Prezident xalqın hüququnu qorusaydı, biz anasının erməni olduğunu unudar və bir daha xatırlamazdıq. Bunu bizim ağlımıza gətirən Gülün özü oldu”.

Qeyd edək ki, A. Gülün anasının kayserili erməni kökənli ailənin övladı, atasının isə Türkiyənin Siirt bölgəsindən Kayseriyə köç etmiş ərəb olduğu iddia edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR