Bank Of Baku

Yedditəpə Universitetinin rektoru Bədrəddin Dalan: “Əsl soyqırımı həyata keçirənlər insan kəlləsi ilə qədəh toqquşduran avropalılardır”

Yedditəpə Universitetinin rektoru Bədrəddin Dalan: “Əsl soyqırımı həyata keçirənlər insan kəlləsi ilə qədəh toqquşduran avropalılardır”
# 18 dekabr 2008 09:51 (UTC +04:00)
İstanbul – APA. “Soyqırım iddiaları əxlaqsız bir yalandır. Türklərin minillik tarixində soyqırım cinayəti yoxdur. Türklərin tarixində müharibə meydanlarında mərdliklə savaşmaq var”. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri İstanbuldakı nüfuzlu Yedditəpə Universitetinin rektoru, professor Bədrəddin Dalan deyib. O bildirib ki, əsl soyqırımı həyata keçirən türklər yox, insan kəlləsi ilə qədəh toqquşduran avropalılardır: “İndi tarixi təhrif etmək istəyirlər. Onların Türkiyədə əlbir olduğu şəxslər isə xainliklə məşğuldur. Plüralizm bu deyil. Plüralizm xainlik ola bilməz”.

B. Dalan ermənilərdən üzr istəyən elm adamlarını açıq debatlara çağırıb: “O professorlar gəlsinlər, xalqın önündə bu məsələni müzakirə edək. Ya da məni məhkəməyə versinlər, məhkəmə önündə hesablaşaq”.

Qeyd edək ki, B. Dalan 1984-1989-cu illərdə İstanbulun bələdiyyə başqanı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR