Bank Of Baku

Milliyyətçi Hərəkat Partiyası: Ermənilərin Azərbaycanda törətdiyi qətllərin acısı hələ hafizələrdən silinməyib

Milliyyətçi Hərəkat Partiyası: Ermənilərin Azərbaycanda törətdiyi qətllərin acısı hələ hafizələrdən silinməyib
# 18 dekabr 2008 15:10 (UTC +04:00)
Ankara – APA. Milliyyətçi Hərəkat Partiyası (MHP) ermənilərdən üzr istəməklə bağlı aparılan kampaniyanı pisləyən bəyanat hazırlayıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, parlamentdə yayılan bəyanatın mətnini MHP parlament fraksiyasının həmsədrləri Mehmet Şandır, Oktay Vural və partiya liderinin müavini Atilla Qaya açıqlayıblar. Bəyanatda bildirilir: “Bir qrup saxta ziyalının başlatdığı, tarixi gerçəklərə tamamilə zidd olan və Türkiyənin tarixinə qara yaxmaq məqsədi güdən kampaniyanı pisləyirik. 1915-ci ildə baş verən hadisənin mahiyyəti erməni silahlı dəstələrinin törətdiyi kütləvi qətllərdən sonra yaşanan qarşılıqlı toqquşmalar və müharibə şəraitində məcburi köçün həyata keçirilməsidir. Türk millətinin şərəfli tarixində onun utanacağı bir səhifə, üzr istəməsinə səbəb olacaq bir cinayət yoxdur. Tarixi təhrif edərək əcdadımızı qaralamaq, suçlu kimi göstərməyə çalışmaq və üzr istənilməsini tələb etməyə kimsənin haqqı yoxdur. Anadolu coğrafiyasında yaşanan erməni vəhşəti, şəhid diplomatlarımızın və ermənilərin Azərbaycanda törətdiyi qətllərin acıları hafizələrdən hələ silinməyib. Türkiyəni ağır insanlıq suçu törətməkdə ittiham edənlərə və ermənilərin saxta soyqırım yalanının sözçüsü roluna bürünənlərə bu gerçəkləri xatırlatmaq istəyirik”.

MHP lideri Dövlət Bağçalının imzaladığı bəyanat layihəsi Ədalət və İnkişaf (AKP), Cümhuriyyət Xalq (CHP) partiyalarına da göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR