Bank Of Baku

Ermənistanın AŞ PA-da səsvermə hüququndan məhrum edilməsi təklifi qurumun qış sessiyasında müzakirə oluna bilər

Ermənistanın AŞ PA-da səsvermə hüququndan məhrum edilməsi təklifi qurumun qış sessiyasında müzakirə oluna bilər
# 18 dekabr 2008 16:16 (UTC +04:00)
APA-nın Avropa bürosunun verdiyi məlumata görə, bu fikirlər Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin (MK) bəyanatında öz əksini tapıb.
Qeyd edək ki, Monitorinq Komitəsinin toplantısında Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi təklifi irəli sürülüb və bu halın Ermənistan hökumətinin problemin həllində aydın surətdə siyasi iradə nümayiş etdirənə qədər davam etdirilməsinin zəruriliyi vurğulanıb. Ermənistanın AŞ PA qarşısında götürdüyü öhdəliklərin necə yerinə yetirilməsi ilə bağlı hesabat hazırlamaq üçün Monitorinq Komitəsinin həmməruzəçiləri gələn ilin yanvarında İrəvana səfər etmək qərarına gəliblər.
Monitorinq Komitəsinin Parisdə qəbul etdiyi qətnamə layihəsində Ermənistanın 1-2 mart hadisələrində həbs edilmiş insanların azadlığa buraxılması istiqamətində irəliləyişlərin qeydə alınmaması xüsusi vurğulanıb. Bəyanatda qeyd olunub ki, bu sahədə tərəqqi əldə olunmayacağı təqdirdə Ermənistan nümayəndə heyətinin 8 üzvünün səsvermə hüququ dondurula bilər. Bununla bağlı yekun qərar AŞ PA-nın qış sessiyasında veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR