Bank Of Baku

Erməni terrorçularının 33 il əvvəl öldürdüyü Türkiyənin Fransadakı səfirinin adı da ermənilərdən üzr istəyənlərin siyahısına salınıb

Erməni terrorçularının 33 il əvvəl öldürdüyü Türkiyənin Fransadakı səfirinin adı da ermənilərdən üzr istəyənlərin siyahısına salınıb
# 19 dekabr 2008 08:34 (UTC +04:00)
Ankara – APA. Türkiyədə ermənilərdən üzr istəmək məqsədilə internet kampaniyası təşkil edənlərlə etirazlar şiddətlənir. APA-nın məlumatına görə, internetdə ermənilərdən üzr istəyənlərin siyahısına adları yazılan şəxslərin bir çoxunun bundan xəbərsiz olduğu aşkarlanıb. 1975-ci ildə Parisdə erməni terrorçuları tərəfindən qətlə yetirilmiş Türkiyənin Fransadakı səfiri İsmayıl Erezin adının da siyahıda olması mətbuatda böyük rəzalət kimi qiymətləndirilib. Üzr istəyənlərin siyahısında İsmayıl Erezin vəzifəsi səfir kimi göstərilərək bu kampaniyaya Parisdən qoşulduğu yazılıb. Saytda kampaniyaya 13 mindən çox adamın qoşulduğu qeyd edilib, amma bu adların nə qədərinin saxta, nə qədərinin həqiqi olduğu bəlli deyil. Özlərindən xəbərsiz adları siyahıya salınmış bəzi insanların prokurorluğa müraciətindən sonra saytdakı “Katılanlar” və “Katılmak için tıklayın” bölmələri çıxarılıb.
Qeyd edək ki, Türkiyənin Fransadakı səfiri İsmayıl Erez Parisdə avtomobili ilə hərəkət edərkən 3-4 erməni terrorçusunun silahlı hücumuna məruz qalıb. İ. Erez ürəyindən və boynundan aldığı güllər yaraları nəticəsində yerindəcə keçinib. Onun sürücüsü Talib Yenər də hadisə yerində həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR