Bank Of Baku

İspaniyada diktator Frankonun son heykəli də sökülüb

İspaniyada diktator Frankonun son heykəli də sökülüb
# 19 dekabr 2008 09:07 (UTC +04:00)
Santander-APA. İspaniyada diktator Fransisko Frankonun son heykəli sökülüb. APA-nın məlumatına görə, dünən Santander şəhərində diktatora ucaldılmış heykəlin sökülməsi prosesi başa çatıb. Şəhər bələdiyyə idarəsinin əməkdaşları heykəlin sökülməsinə 5 saat vaxt sərf ediblər. Heykəlin sökülməsi prosesini yüzlərlə turist də seyr edib.
Qeyd edək ki, İspaniya parlamentinin ötən il qəbul etdiyi qanuna əsasən, bütün bələdiyyələr diktator Frankonun heykəllərini öz hesablarına sökməlidir. Hazırda Frankonun dünyada mövcud olan yeganə heykəli Avrikanın şimalında yerləşən Melilya muxtar şəhərindədir. Şəhər hakimiyyət orqanları bu heykəlin də söküləcəyinə söz veriblər. Xatırladaq ki, 1939-1975-ci illərdə 500 min ispan Fransisko Frankonun yürütdüyü repressiya siyasətinin qurbanı olub, 700 min ispan isə ölkədən mühacirət etmək məcburiyyətində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR