Bank Of Baku

Avropa İttifaqı ilə Türkiyə arasında üzvlüklə bağlı müzakirələrin ikinci bölməsi üzrə danışıqlar keçiriləcək

Avropa İttifaqı ilə Türkiyə arasında üzvlüklə bağlı müzakirələrin ikinci bölməsi üzrə danışıqlar keçiriləcək
# 19 dekabr 2008 12:59 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa İttifaqı ilə Türkiyə arasında üzvlüklə bağlı müzakirələrin ikinci bölməsi üzrə danışıqlara start verilib. APA-nın Brüsseldəki müxbirinin verdiyi məlumata görə, bu mərhələ kapitalın sərbəst hərəkəti və informasiya cəmiyyəti sahələrini əhatə edir. Bununla bağlı qərar Türkiyənin Avropa İttifaqına qəbulu məsələlərinə dair nazirlər səviyyəsində keçirilən 6-cı konfransda qəbul olunub. Aİ bəyan edib ki, kapitalın sərbəst hərəkəti məsələsində Türkiyənin qurumun müvafiq qanunvericiliyinə implementasiyasında ciddi irəliləyiş qeydə alınıb: “Türkiyə həmçinin öz qanunvericiliyini Avropa İttifaqının tövsiyələrinə uyğunlaşdırmağa hazır olduğunu bəyan edib. Bundan başqa Türkiyə xarici ölkə vətəndaşlarına daşınmaz əmlakın satılması qaydalarının liberallaşdırılmasına dair fəaliyyət planını quruma təqdim edib, bundan başqa çirkli pulların yuyulması ilə mübarizəyə hazır olduğunu bildirib. İnformasiya cəmiyyəti və media məsələlərinə gəldikdə isə Türkiyə elektron kommunikasiyalar sahəsinə dair qanunvericiliyini Aİ standartlarına uyğunlaşdırma prosesini başa çatdırıb”. Qeyd edək ki, Avropa İttifaqı ilə Türkiyə arasında müzakirələr 2005-ci ildə başlayıb, on bölmədən ibarət danışıqlarda ilk bölmənin müzakirəsi bu yaxınlarda başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR