Bank Of Baku

Çeçen mütəşəkkil cinayətkar qruplaşmalarının koordinatoru Əli Atsayev Praqada həbs olunub

Çeçen mütəşəkkil cinayətkar qruplaşmalarının koordinatoru Əli Atsayev Praqada həbs olunub
# 19 dekabr 2008 13:28 (UTC +04:00)
Praqa-APA. Şərqi Avropada çeçenlərdən ibarət cinayətkar qruplaşmaların koordinatoru olan Əli Atsayev Praqada həbs olunub. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, Əli Atsayev Çexiya paytaxtında Gürcüstan vətəndaşı Revaz Levidzenin adına olan saxta pasportla yaşayırmış. Rusiya hüquq-mühafizə orqanları Atsayevin 90-cı illərdə Moskva və Moskvaətrafı bölgələrdə fəlaiyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmaya rəhbərlik etdiyini bildirir. Qruplaşmanın üzvləri sifarişli qətllərin həyata keçirilməsi, quldurluq və soyğunşuluqla məşğul olub. 2002-ci ilin yazında vəkil İrina Maksimovanın qətlinin Əli Atsayevin sifarişi ilə həyata keçirildiyi güman olunur. Hazırda çex polisi Əli Atsayevin ölkə ərazisində tördilən cinayətlərdə iştirakını araşdırır. Rusiya Daxili İşlər Nazirliyi Əli Atsayevin ekstradisiya olunmasını tələb etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR