Bank Of Baku

Almaniyanın baş prokurorunu qətlə yetirmiş terrorçu 26 ildən sonra həbsdən azadlığa buraxılıb

Almaniyanın baş prokurorunu qətlə yetirmiş terrorçu 26 ildən sonra həbsdən azadlığa buraxılıb
# 19 dekabr 2008 14:15 (UTC +04:00)
Berlin-APA. 70-ci illərdə Almaniyada çoxsaylı cinayətlər törətmiş “Qırmızı Ordu fraksiyası” sol-radikal terrorçu qruplaşmasının üzvü Kriustian Klar 26 illik həbsxana həyatından sonra azadlığa çıxıb. APA-nın məlumatına görə, 1982-ci ildə həbs olunan Klar 3 il sonra məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. O, 9 qətlin icrasında və 11 sui-qəsd təşkilində günahkar bilinib. Kristina Kların qətlə yetirdiyi şəxslər sırasında ölkənin baş prokuroru Ziqfrid BubakŞ Alman Sahibkarlar İttifaqının prezidenti Hans-Martin Şlyayer də var. 1992-ci ildə o bankı qarət etməkdə ittiham olunaraq bir daha ömürlük azadlıqdan məhrum edilib. 1995-ci ildə məhkəmə qərar verib ki, Kristian Klar öz günahlarını yumaq üçün ən azı 25 il həbsxanada yatmalıdır.

Xatırladaq ki, ötən il “Qızıl Ordu fraksiyası”nın üzvlərindən Briqitta Monxaupt da 24 illik həbsxana həyatına son qoyaraq azadlığa çıxıb. “Qızıl Ordu fraksiyası” 70-ci illərin əvvəllərində yaradılıb. Amerika imperializminə qarşı mübarizə apardıqlarını bəyan edən terror təşkilatının üzvləri 1977-ci ildə Qərbi Almaniya ərazisində çoxsaylı terror aktları törədiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR