Bank Of Baku

Türkiyə prezidentinin ailə üzvləri müxalifətçi millət vəkilini məhkəməyə verməyə hazırlaşır

Türkiyə prezidentinin ailə üzvləri müxalifətçi millət vəkilini məhkəməyə verməyə hazırlaşır
# 19 dekabr 2008 14:52 (UTC +04:00)
Ankara – APA. Türkiyə prezidenti Abdulla Gülün ailə üzvləri dövlət başçısının anasının erməni əsilli olduğunu iddia edən Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, millət vəkili Canan Arıtmanı məhkəməyə verməyə hazırlaşır. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, prezidentin Kayseridə yaşayan qardaşı Məcid Gül C. Arıtmanın sözlərinin həm onları, həm də ana tərəfi olan Satoğlu ailəsini üzdüyünü bildirib: “Heyrət ediləcək, əsassız bir iddiadır. Ankarada yaşayan qohumlarımız həm Gül, həm də Satoğlu ailəsi adından lazımi hüquqi addımları atacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR