Bank Of Baku

Abdulla Gülün anasının erməni olduğunu bildirən millət vəkili hədələnir

Abdulla Gülün anasının erməni olduğunu bildirən millət vəkili hədələnir
# 19 dekabr 2008 15:13 (UTC +04:00)
Ankara – APA. “Mən prezidenti etnik kökü ilə bağlı mühakimə etmirəm, alçaltmıram, əksinə, buna hörmət bəslədiyimi bildirirəm. Mən sadəcə, vəzifəsini yerinə yetirmədiyi, Türkiyənin üz-üzə olduğu təhlükələri görmədiyi və ya görsə də, lazımi addımları atmadığı üçün dövlət başçısını pisləyirəm və ona xəbərdarlıq edirəm. Niyyətim bundan ibarətdir”. APA-nın məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisində jurnalistlərin suallarını cavablandıran Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, millət vəkili Canan Arıtman deyib. O bildirib ki, Ermənistanın və erməni diasporunun yeni strategiyası erməni soyqırımının baş verdiyini türk xalqına qəbul etdirməkdir. C. Arıtman prezidentlə bağlı sözlərinin mediada, siyasi dairələrdə bir çox şəxs tərəfindən ayıb kimi qiymətləndirilməsinə də toxunaraq bunu deyənlərin ayıb sözünün mənasını bilmədiyini söyləyib: “Bir siyasətçinin ölkəsinə, millətinə, onun gələcəyinə sahib çıxması, bu ölkəyə, bu millətə atılan iftiranı qəbul etməməsi ayıb deyil”.
Millət vəkili vətəndaşlardan çoxlu sayda telefon zəngi və e’mail aldığını bildirib: “Telefon zəngləri və mesajlar yağmur kimi gəlir. İnsanlar “sizi dəstəkləyirik, millətin səsi oldunuz” deyirlər. Mən və köməkçilərim telefon zənglərinə və elektron məktublara cavab verməyə imkan tapmırıq”.
Bununla yanaşı, C. Arıtman təhdidlər aldığını da açıqlayıb: “Həyatım boyu heç kimdən qorxmadım. Bu hədələrə əhəmiyyət vermirəm. Mən iki gündür millətin verdiyi vəkillik vəzifəsini yerinə yetirməyin hüzuru və xoşbəxtliyini yaşayıram. Bu vəkilliyi davam etdirəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR