Bank Of Baku

Türkiyənin xarici işlər naziri: “Ermənilərdən üzr istəməklə bağlı başlanan kampaniyanın heç kimə faydası yoxdur”

Türkiyənin xarici işlər naziri: “Ermənilərdən üzr istəməklə bağlı başlanan kampaniyanın heç kimə faydası yoxdur”
# 20 dekabr 2008 09:28 (UTC +04:00)
Ankara-APA. Türkiyənin xarici işlər naziri Əli Babacan bir qrup şəxsin qondarma “erməni soyqırımı”na görə ermənilərdən üzr istəməklə bağlı internet-kampaniyaya başlamasına münasibət bildirib. APA-nın məlumatına görə, XİN başçısı bu cür kampaniyanın Türkiyənin zərərinə olduğunu bildirib: “Ermənistanla münasibətlərin normallaşması istiqamətində prosesin davam etdiyi bir dövrdə bu cür kampaniyanın heç kimə faydası yoxdur. Bu kimi işlər müzakirə prosesinə zərər verir”. Əli Babacan Türkiyənin 1915-ci ildə baş verən hadisələrlə bağlı tarix və insanlıq qarşısında utanacaq bir şeyinin olmadığını söyləyib: “Biz bu düşüncə tərzi ilə 2005-ci ildə tarix komissiyası yaradılması təklifini irəli sürdük ki, bu kimi ciddi bir mövzu ilə bağlı bilən, bilməyən hər kəs danışmasın. Bu mübahisələr dünyanın fərqli parlamentlərində lehinə, əleyhinə səs verməklə həll olunmasın, qoy, tarixi tarixçilər yazsın”. Yaranmış vəziyyətin son dərəcə həssas olduğunu deyən Əli Babacan Türkiyə və Ermənistan, eyni zamanda Ermənistanla Azərbaycan arasında dialoq prosesinin getdiyini, başlamış internet-kampaniyanın bu dialoqa ziyan vurduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR