Bank Of Baku

Abdulla Gül: “Ailəmin kökü müsəlman və türkdür”

Abdulla Gül: “Ailəmin kökü müsəlman və türkdür”
# 22 dekabr 2008 08:48 (UTC +04:00)
Ankara – APA. Türkiyə prezidenti Abdulla Gül anasını erməni adlandıran müxalifətçi millət vəkili Canan Arıtmanın sözləri ilə əlaqədar ikinci dəfə yazılı açıqlama yayıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A. Gül ailəsinin türk və müsəlman olduğunu bəyan edib. Açıqlamada deyilir: “Bütün vətəndaşların etnik kökünə, fərqli inanclarına və ailə keçmişlərinə hörmət edir, bu fərqlilikləri imperiya keçmişinə malik ölkəmizin reallığı və zənginliyi kimi görürəm. Bütün vətəndaşlarımız heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər hüquqlara malikdir. Hər kəsin eyni hüquqlara sahib olması Konstitusiya ilə təminat altına alınıb. Son günlər planlı olaraq bəzilərinin açıq, bəzilərinin isə gizli şəkildə yaymağa çalışdığı bir yalanın düzəldilməsi və tarix üçün qeyd olunması məqsədilə ailəmlə bağlı əziz millətimizi məlumatlandırmaq məcburiyyəti hiss etdim. Kayserinin yerli sakinlərindən olan ana tərəfim Satoğlu və ata tərəfim Gül (Gülükimamı) sülalələrindən gələn ailəmizin yüzillərə əsaslanan, qeydiyyatda olan keçmişi müsəlman və türkdür. Buna ailəmizin dəqiqliklə işlənən şəcərəsi, rəsmi arxiv sənədləri və kayserili yerlilərim şahiddir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR