Bank Of Baku

Türkiyə parlamentindəki kürd millət vəkilləri ermənilərdən üzr istəmək kampaniyasına dəstək veriblər

Türkiyə parlamentindəki kürd millət vəkilləri ermənilərdən üzr istəmək kampaniyasına dəstək veriblər
# 22 dekabr 2008 09:03 (UTC +04:00)
Ankara – APA. Ermənilərdən üzr istəmək kampaniyası Türkiyə Böyük Millət Məclisində kəskin mübahisələrə səbəb olub. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, kürdlərdən ibarət Demokratik Toplum (Cəmiyyət) Partiyasının (DTP) üzvü olan millət vəkilləri kampaniyaya dəstək veriblər. Təhsil Nazirliyinin büdcəsi müzakirə olunarkən söz alan DTP üzvü Osman Özçelik “üç qitəyə hakim olan imperiya necə quruldu? Heç xətaya yol verilmədimi, acı çəktirilmədimi”, deyə soruşub. O, doğulduğu Mardinin Derik qəsəbəsində yaşayan ermənilərin qətlə yetirildiyini iddia edib: “Mardində erməniləri öldürdülər. Bir hissəsi öldürülərkən bir hissəsi də Suriyaya qaçmaq məcburiyyətində qaldı. Aralarında mənim babamın da olduğu bəzi insanlar erməni ailələrini himayələrin götürərək onları qətllərdən xilas etdi”. İclasa sədrlik edən Nevzat Pakdil bu sözlərə sərt reaksiya verib: “Millətə iftira atırsınız. Bu kürsü əziz millətimizə iftira yeri deyil”. Milliyyətçi Hərəkat Partiyasının millət vəkilləri ayağa qalxaraq N. Pakdilin bu sözlərini alqışlayıblar. Ancaq DTP üzvü Sırrı Sakık sədrlik edənə müraciətlə “hörmətli sədr, siz Kahramanmaraş millət vəkilisiniz, qətlləri yaxşı bilirsiniz, adam olun”, deyə qışqırıb. İclasa fasilə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR