Bank Of Baku

Həsən Cəlal Gözəl: “Ermənilərdən üzr istəmə kampaniyasına başlayanlar Vətənə xəyanət ediblər”

Həsən Cəlal Gözəl: “Ermənilərdən üzr istəmə kampaniyasına başlayanlar Vətənə xəyanət ediblər”
# 22 dekabr 2008 10:29 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. “Mən Qaziantepliyəm, ermənilərin ötən əsrin əvvəllərində fransızlarla birləşərək bölgədə 5 minədək dinc əhalini qətlə yetirdiyini hər kəs bilir. Ermənilərdən üzr istəmə kampaniyasına başlayan “ziyalılarımız” ermənilərin Anadolu və Qafqazda türklərə necə zülm etdiyindən heç danışmırlar”. Bu eksklüziv açıqlamanı APA-nın Türkiyə bürosuna sabiq dövlət naziri Həsən Cəlal Gözəl verib. O, ermənilərdən üzr istəmə kampaniyasına başlayanların Türkiyə cəmiyyətində həmişə ikili standartları ilə tanınmış şəxslər olduğunu deyib: “Onlar Şimali İraqda Bərzanini dəstəkləyirlər, ancaq Kərkükdə zülmə məruz qalan türkmən qardaşlarımız barədə bir kəlmə belə danışmırlar. Belə rəzalət olarmı? Əslini danan haramzadadır, bu “ziyalılar” həmişə türk millətinə qarşı qərəzli mövqe tutublar. Bu kampaniyaya başlayanlar deyir ki, bu addımı iki xalq arasında düşmənçiliyi aradan qaldırmaq üçün atıblar. Amma hər şey tərsinə oldu, çünki düşmənçiliyi aradan qaldırmaq üçün Ermənistan şərtləri yerinə yetirməlidir. Prezident Abdullah Gül Ermənistana getdi, indi Ermənistan rəhbərliyi Türkiyəyə səfər edəcək. Münasibətlər normalaşarsa, bəzi başqa addımlar da atıla bilər. Ancaq bunun üçün İlk növbədə Azərbaycanın məruz qaldığı haqsızlıqlar aradan qalxmalı, ermənilər işğal etdikləri torpaqlarımızdan geri çəkilməlidir. Biz regionda münasibətləri normallaşdırmağa çalışan zaman “ziyalılarımız” durub belə kampaniyaya başlayırsa, mən də erməni daşnaklarının 100 il əvvəl bizə etdikləri zülm faktlarını ortaya qoyaram. O zaman gərginlik yaranar və başlamış olan sülh prosesinə zərər dəyər. Bu isə hər şeydən əvvəl erməni diasporunun maraqlarına cavab verir”.

Həsən Cəlal Gözəl erməni diasporunun Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin düzəlməsini istəmədiyini deyib: “Onlar üçün əsas məsələ kin və intiqamdır. Bizim “ziyalılarımız” bu kampaniyaya başlamaqla erməni diasporunun əlinə oynayırlar. İndi Qərb mediası yazır ki, Türkiyə “ziyalıları” da “soyqırımı” faktını qəbul etməyə başladı. Barak Obama prezident seçilib, onun ermənilərə verdiyi vədlər var. Bəlkə də bu il aprelin 24-də Barak Obama “erməni soyqırımı” ifadəsini işlədə bilər. Biz buna qarşı tədbir görmək yerinə erməni diasporunun əlinə fürsət veririk. Vətən xaini olmaq üçün hərbi sirləri satmaq şərt deyil. Bu “ziyalılar” ölkəmizə qarşı xəyanət edirlər. Ölkəsinə “soyqırımı törədən dövlət” dedirdən “ziyalılar” Vətənə xəyanət ediblər. Bu prosesin erməni xalqına da mənfi təsiri olacaq. Bu kampaniya Türkiyənin siyasətinə zərər, erməni diasporuna isə xeyir verib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR