Bank Of Baku

Alman alimi şampan şüşəsindən mantarın çıxma sürətini hesablayıb

Alman alimi şampan şüşəsindən mantarın çıxma sürətini hesablayıb
# 22 dekabr 2008 11:12 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Aşağı Saksoniyada fəaliyyət göstərən Klaustxal Texniki Universitetində çalışan fizik Fridrix Balk çalxalanmış şampan şüşəsindən mantarın sıçrama sürətini hesablayıb. APA-nın Avropa bürosunun məlumatına görə, fotoelektrik və akustik vasitələrdən istifadə edən alman fiziki müəyyənləşdirib ki, şampanın ağzından çıxan mantarın sürəti saatda 40 kilometrdir. Nəzəri baxımdan şüşədə təzyiq 3 bar gücünədək artırılsa, mantarın sürəti 100 km/saata çata bilər. Lakin bu cür təzyiq yalnız günəş şüalarının təsiri ilə qıcqırma prosesi sürətləndirilən şüşələrdə qeydə alınır. Soyuducudan çıxarılmış və çalxalanmamış şampan şüşələrində isə mantarın çıxma sürəti çox az olur və alimlərin fikrincə, bu, insanların həyatı üçün təhlükə törətmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR