Bank Of Baku

Türkiyə prezidenti müxalifətçi millət vəkilini məhkəməyə verib

Türkiyə prezidenti müxalifətçi millət vəkilini məhkəməyə verib
# 22 dekabr 2008 11:57 (UTC +04:00)
Ankara – APA. Türkiyə prezidenti Abdulla Gül anasını erməni adlandıran millət vəkili Canan Arıtmanı məhkəməyə verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, A. Gül müxalifətçi millət vəkilindən simvolik olaraq 1 yeni türk lirəsi mənəvi təzminat tələb edir.

Xatırladaq ki, A. Gül ermənilərdən üzr istəməklə bağlı kampaniyanı cəmiyyətdəki fikir plüralizminin təzahürü kimi qiymətləndirdikdən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Canan Arıtman onun anasının erməni əsilli olduğunu söyləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR