Bank Of Baku

Avropa Komissiyasında 700-dən artıq lobbi qurumu qeydiyyatdan keçib

Avropa Komissiyasında 700-dən artıq lobbi qurumu qeydiyyatdan keçib
# 22 dekabr 2008 15:33 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa Komissiyasının reyestrində 700-dən artıq lobbiçi qeydiyyatdan keçib. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, bu rəqəmləri Avropa Komissiyasının nümayəndəsi Valeri Rampi açıqlayıb. Onun sözlərinə görə, hər həftə orta hesabla 30 lobbi təşkilatı Avropa Komissiyasında qeydiyyatdan keçir. Qeydiyyatdan keçən 400-ə yaxın təşkilat konkret müəssisə və ya istehsalçılar assosiasiyasının maraqlarını lobbiləşdirir. Siyahıda həmçinin 150-yə yaxın qeyri-hökumət təşkilatının adı var.

Qeyd edək ki, Avropa Komissiyası öz lobbiçilər reyestrini iyunun 23-dən yaratmağa başlayıb. Qeydiyyat zamanı lobbi qurumlarından lobbiçilərlə Avropa Komissiyasının münasibətlərində şəffaflığın artırılması üçün müəyyən informasiyaların açıqlanması tələb olunur. Bundan başqa lobbi təşkilatları Avropa Komissiyasının təsdiqlədiyi “Lobbiçilərin Davranış Kodeksi”ni imzalamalıdır. Dekabrın 16-da Avropa Komissiyası və Avropa Parlamenti lobbi qurumlarının qeydiyyatı prosedurasının harmonizasiyasını təmin etmək məqsədilə işçi qrupu yaradıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR