Bank Of Baku

Avropa İttifaqı: ATƏT-in Gürcüstandakı missiyasının bağlanması təəssüf doğurur

Avropa İttifaqı: ATƏT-in Gürcüstandakı missiyasının bağlanması təəssüf doğurur
# 23 dekabr 2008 09:07 (UTC +04:00)
Brüssel. Aleksandr Kin-APA. Avropa İttifaqı rəhbərliyi ATƏT-in Gürcüstandakı missiyasının bağlanmasından təəssüfləndiyini bəyan edib. APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, bununla bağlı yayılan bəyanatda bildirilir ki, Gürcüstandakı ATƏT missiyasının mandatının uzadılması barədə danışıqların nəticəsiz qalması təəssüf doğurur: “Bununla belə ümidvarıq ki, tezliklə bütün tərəflərin maraqlarına cavab verən həll yolu tapılacaq”.

Qeyd edək ki, ATƏT-in Gürcüstandakı missiyasının fəaliyyəti yanvarın 1-dən dayandırılacaq. ATƏT Daimi Şurasının toplantısında mandatın müddətinin uzadılması barədə müzakirələr Rusiyanın buna razılıq verməməsi səbəbindən nəticəsiz başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR