Bank Of Baku

AŞ PA-nın qış sessiyasının gündəliyi açıqlanıb

AŞ PA-nın qış sessiyasının gündəliyi açıqlanıb
# 23 dekabr 2008 10:48 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 2009-cu il yanvarın 26-30-da keçiriləcək qış sessiyasında Ermənistan və Gürcüstanla bağlı məsələlər müzakirə olunacaq. APA-nın AŞ PA-nın saytına istinadən verdiyi məlumata görə, toplantıda ötən sessiyada Gürcüstanla Rusiya arasındakı müharibəyə dair qəbul olunmuş 1633 saylı qətnamənin, eləcə də Ermənistanla bağlı qəbul olunmuş 1609 və 1620 saylı qətnamələrin yerinə yetirilməsinin vəziyyəti müzakirəyə çıxarılacaq. Bundan başqa, yığıncaqda qadın məhkumların problemləri (məruzəçi - Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva), məhdud əqli və fiziki imkanlara malik insanların hüquqlarına dair məruzələr dinlənəcək, Avropa İnsan Haqları Məhkəməsinin hakimi vəzifəsinə namizədlər təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR