Bank Of Baku

Türkiyənin Diyarbəkir şəhərində içində 57 kilo partlayıcı maddə olan avtomobil aşkarlanıb

Türkiyənin Diyarbəkir şəhərində içində 57 kilo partlayıcı maddə olan avtomobil aşkarlanıb
# 23 dekabr 2008 11:22 (UTC +04:00)
Diyarbəkir – APA. Türkiyənin Diyarbəkir şəhərində içində partlayıcı maddə, silah-sursat və qida olan avtomobil aşkarlanıb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Diyarbəkir-Silvan yolunda polis tərəfindən aşkarlanan “Ford Transit” markalı avtomobildə xeyli miqdarda partlayıcı maddə, silah-sursat və qida tapılıb. Belə ki, maşında 57 kq 303 qram partlayıcı maddə, 1 ədəd “RPG 7” tipli qumbaraatan, 70 ədəd qumbaraatan mərmisi, 70 ədəd əl qumbarasının hissələri, minlərlə fişəng, 25 kq un, 25 kq düyü, 10 kq şəkər tozu, 5 kq makaron və 9 ədəd çanta olub. Yük dağlıq ərazilərdə fəaliyyət göstərən PKK terrorçuları üçün nəzərdə tutulubmuş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR