Bank Of Baku

Gələn il Avropa Şurasının 60 yaşı tamam olur

Gələn il Avropa Şurasının 60 yaşı tamam olur
# 24 dekabr 2008 08:21 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. 2009-cu ildə Avropa Şurasının 60 yaşı tamam olacaq. APA-nın məlumatına görə, AŞ Nazirlər Komitəsinin sədri, İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Migel Anhel Moratinos, Parlament Assambleyasının prezidenti Luis Mariya de Puç və baş katib Terri Devis bununla bağlı bəyanatla çıxış ediblər. Bəyanatda deyilir: “Avropa Şurası 60 il əvvəl quruma üzv olacaq ölkələr arasında daha çox birliyə nail olmaq üçün yaradılıb. Onun əsas məqsədi insan haqları, demokratiya və qanunun aliliyinin müdafiəsi və inkişafıdır. Biz fəxr edirik ki, 47 ölkəni birləşdirən təşkilat 60 ildir insan haqları və əsas azadlıqları müdafiə və inkişaf etdirir. Onun əsas nailiyyəti kimi Avropa İnsan Haqları Konvensiyasının qəbulunu qeyd etmək olar. Bu konvensiyanın həyata keçirilməsini analoqu olmayan mexanizm – 800 milyon avropalının əsas hüquq və azadlıqlarının qarantı olan Avropa İnsan Haqları Məhkəməsi təmin edir. Avropa Şurası konstitusional məsələlər və seçki monitorinqi üzrə məsləhətlər verməklə Avropanın demokratikləşməsinə böyük töhfə verib. O, hüququn aliliyini 200-dən artıq konvensiya vasitəsilə müdafiə edir”.

Bəyanatda 2009-cu ildə yubileylə bağlı müxtəlif tədbirlərin keçiriləcəyi də bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR