Bank Of Baku

Sərnişin təyyarəsini idarə etməyə hazırlaşan sərxoş pilot həbs olunub

Sərnişin təyyarəsini idarə etməyə hazırlaşan sərxoş pilot həbs olunub
# 24 dekabr 2008 13:05 (UTC +04:00)
London-APA. Britaniya polisi sərxoş vəziyyətdə təyyarəni idarə etmək istəyən amerikalı pilotu həbs edib. APA-nın məlumatına görə, 62 yaşlı pilot Maykl Xarr “Jet Airways” şirkətinə məxsus sərnişin təyyarəsinin havaya qalxmasına bir neçə dəqiqə qalmış laynerdən endirilib. Aeroport əməkdaşları kəskin spirtli içki iyi hiss edərək polisə məlumat veriblər. Pilot testdən keçirilib və onun qanında alkoqol miqdarının normadan bir neçə dəfə artıq olduğu aşkarlanıb. Pilotun işdən qovulacağı gözlənilir. Aviadaşımalar haqqında qaydalara görə, şirkətlər uçuşa 8 saat qalmışadək içki içmiş pilotların uçuşuna icazə verməməlidir. Qeyd edək ki, sərxoş polisin idarə etməyə hazırlaşdığı, Londondan Mumbaiyə uçan təyyarədə 300 sərnişin olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR