Bank Of Baku

Dəniz Bölükbaşı: “Üzr istəmə kampaniyası Türkiyədə özünə ziyalı deyən bəzi adamların gerçək simasını ortaya qoydu”

Dəniz Bölükbaşı: “Üzr istəmə kampaniyası Türkiyədə özünə ziyalı deyən bəzi adamların gerçək simasını ortaya qoydu”
# 25 dekabr 2008 08:02 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. “Ermənilərdən üzr istəməklə bağlı kampaniyanı təşkil edənlərin bu məsələnin geniş müzakirəsindən narahat olmasının səbəblərini anlayırıq. Onlar deyirlər ki, “ziyalılar”ın başladığı kampaniya barədə fikir yürütmək siyasətçilərin işi deyil. Bu adamlar Türkiyənin tarixini öz nöqteyi-nəzərlərindən məhkum edə bilərlər, biz siyasətçilər isə öz fikrimizi deyə bilmərik. Bu necə məntiqdir?!” Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili, sabiq diplomat Dəniz Bölükbaşı deyib. O bildirib ki, ermənilərdən üzr istəyən türkiyəli ziyalıların mövqeyi ilə Ermənistanın və diaspora ermənilərinin mövqeyi bir-birindən çox da fərqlənmir: “Mən Xarici İşlər Nazirliyində baş hüquq müşaviri olmuşam. Ermənilərin yəhudilərin İsveçrədəki qızılları və mal-mülkləri ilə bağlı hüquqi prosedurun eynisini Türkiyəyə qarşı tətbiq etmək istədiklərindən və eyni yolda getdiklərindən xəbərim var. Sentyabrın 18-də İngiltərədə bu istiqamətdə yeni fəaliyyət başlayıb. Əgər prezident Obama hakimiyyəti təhvil alandan sonra illik müraciətində “soyqırım” yerinə hətta “insanlıq suçu” da desə, Amerika məhkəmələrində ermənilərin şikayətlərindən sonra başlayacaq proseslərdə Türkiyənin əleyhinə hökmlər çıxarılacaq. Ona görə də “ziyalılar” bu təşəbbüsü irəli sürməzdən əvvəl Türkiyənin məruz qalacağı yeni haqsızlıqları da ölçüb-biçməli idilər. Bizi narahat edən məsələ odur ki, Türkiyənin tarixini ləkələmək bir müasirləşmə ölçüsü kimi qəbul edilir”.

D. Bölükbaşının fikrincə, bu kampaniyanın çox mühüm faydası da olub: “Türk milləti ölkəmizdəki “ziyalılar”ın həqiqi sifətini görmək imkanı da əldə edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR