Bank Of Baku

Məsud Yılmaz: “Üzr istəmək kampaniyası ABŞ Konqresinin qəbul edəcəyi qərara psixoloji zəmin hazırlamaq məqsədi güdür”

Məsud Yılmaz: “Üzr istəmək kampaniyası ABŞ Konqresinin qəbul edəcəyi qərara psixoloji zəmin hazırlamaq məqsədi güdür”
# 25 dekabr 2008 10:26 (UTC +04:00)
Ankara – APA. “Bu günə qədər 16 ölkənin, ABŞ-da isə 25 ştatın qanunverici orqanı “erməni soyqırımı”nı xüsusi qanunla tanıyıb. Amma indi daha ciddi addım atılması gündəmdədir. Gələn ilin aprelinə qədər ABŞ Konqresində “erməni soyqırımı”nın tanınacağı gözlənilir. Türkiyədəki üzr istəmə və imza kampaniyası ilə bu qərara psixoloji zəmin hazırlamağa çalışırlar”. APA-nın Türkiyə saytlarına istinadən verdiyi məlumata görə, bunu Böyük Millət Məclisindəki çıxışında baş nazir və xarici işlər naziri vəzifələrində çalışmış millət vəkili Məsud Yılmaz deyib. O, prezidentdən sadə vətəndaşa qədər hər kəsi buna ciddi etiraz bildirməyə və dövlətin rəsmi mövqeyini müdafiə etməyə çağırıb. M. Yılmaz 1915-ci ildə baş verənlərin soyqırım olmadığını vurğulayıb: “Ermənilərin köçürülməsi zamanı təəssüf ki, acı olaylar yaşanıb. Amma obyektiv tarixçilərin mövqeyi bundan ibarətdir ki, bu hadisələri dövlətin təşkil etdiyi soyqırım kimi qiymətləndirmək mümkün deyil. Bu proseslərin texniki adı qarşılıqlı qətldir. Təəssüf ki, çoxlu sayda türk, kürd və erməni vətəndaşımız həlak olub”.

M. Yılmaz onu da əlavə edib ki, Türkiyə dövləti uzun illər bu problemi yox sayıb, yalnız erməni terror təşkilatı ASALA-nın terror aksiyaları başladıqdan sonra Osmanlı arxivlərində 1914-1915-ci illərlə bağlı sənədlər tarixçilər üçün açılıb: “Hazırda türk dövlətinin siyasəti bu mövzunun neytral beynəlxalq elmi heyət tərəfindən araşdırılması yönündədir. Bu, mədəni ölkələrin anlaya biləcəyi bir mövqedir. Türkiyədə hər kəs bu mövqeni dəstəkləməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR