Bank Of Baku

Tələbə universitetdə özünü güllələyib

Tələbə universitetdə özünü güllələyib
# 26 dekabr 2008 13:32 (UTC +04:00)
Van – APA. Türkiyənin Van şəhərindəki Yüzüncü il Universitetinin tələbəsi, 21 yaşlı Ərhan Canər dərs zamanı sinifdən çıxaraq intihar edib. APA-nın Türkiyə saytlarına istinadən verdiyi məlumata görə, Ə. Canər dəhlizdə tapança ilə ürəyinə atəş açaraq yerindəcə keçinib. Tələbə yoldaşları onun dəhlizə çıxarkən “indiyə qədər problemlərimi heç kimə söyləmədim, həyatıma burada son qoyuram”, dediyini bildiriblər. İntiharın konkret səbəbi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR