Bank Of Baku

İspaniyada minimum əməkhaqqı artırılır

İspaniyada minimum əməkhaqqı artırılır
# 26 dekabr 2008 15:54 (UTC +04:00)
Brüssel – APA. İspaniya hökuməti 2009-cu ilin yanvarında etibarən minimum əməkhaqqının miqdarını 4% artırmaq barədə qərar qəbul edib. APA-nın Brüsseldəki xüsusi müxbirinin məlumatına görə, İspaniyada 600 avro olan minimal əməkhaqqı artımdan sonra 624 avro təşkil edəcək. İspaniya hazırda Portuqaliya, Yunanıstan və Malta ilə birlikdə Avropa Birliyinin köhnə üzvləri arasında ən az minimal əməkhaqqının mövcud olduğu ölkədir. Baş nazir Xose Luis Rodriges-Sapatero 2012-ci ilə qədər minimal əməkhaqqının həcmini 800 avroya çatdıracağını vəd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR