Bank Of Baku

Türkiyə müxalifəti Ermənistan təmsilçisinin “Eurovision”a saxta “soyqırım”la bağlı mahnı ilə qatılmasının əngəllənməsini tələb edir

Türkiyə müxalifəti Ermənistan təmsilçisinin “Eurovision”a saxta “soyqırım”la bağlı mahnı ilə qatılmasının əngəllənməsini tələb edir
# 29 dekabr 2008 09:45 (UTC +04:00)
Ankara – APA. 2009-cu ilin may ayında Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək 53-cü “Eurovision” mahnı müsabiqəsinə Ermənistan adından ABŞ-dakı “System of Down” qrupunun qatılmasına qərar verilməsi Türkiyə müxalifətini narahat edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Akif Əkici bununla bağlı baş nazir Rəcəb Tayyib Ərdoğana yazılı sorğu ünvanlayıb. O, sorğusunda qrupun müsabiqədə uydurma “erməni soyqırımı”nı təbliğ edən mahnı ilə çıxış etməyə hazırlaşdığını xatırladaraq bildirib: “Bu qrup verdiyi konsertlər üçün çap etdirdiyi biletlərdə “köpəklər və türklər içəri girə bilməz” sözünü yazdırır. Qrupun “Müqəddəs dağlar” adlı mahnısında və bu mahnının klipində türklər və Atatürk təhqir olunur”. Millət vəkili hökumət başçısından qrupun “Eurovision”a bu mahnı ilə qatılmasının əngəllənməsi üçün hansı addımları atıldığını soruşub: “Ermənistana və Avropa Yayım Birliyinə bununla bağlı hər hansı müraciət olubmu? Bu qrup yalançı “soyqırım” mövzusundakı mahnı ilə birinci olarsa, nə baş verəcək? Bu halda bütün dünya “soyqırım”ı tanımış olmayacaqmı?”

Qeyd edək ki, “Eurovosion”un şərtlərinə görə, müsabiqədə siyasi xarakterli mahnılar ifa etmək qadağandır. Amma qabiliyyətli ifaçılar müxtəlif incəliklərlə bu qadağadan yayınıb siyasi mesajlar verə bilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR