Bank Of Baku

Türkiyə 2008-ci ildə turizmdən 21 milyard dollar gəlir əldə edib

Türkiyə 2008-ci ildə turizmdən 21 milyard dollar gəlir əldə edib
# 30 dekabr 2008 12:06 (UTC +04:00)
Ankara – APA. Bu il Türkiyəyə 26 milyondan çox turist gəlib və ölkənin turizmdən əldə etdiyi gəlir 21 milyard dollara çatıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu rəqəmləri Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri İsmət Yılmaz açıqlayıb. O, 2008-ci ildə Türkiyəyə gələn turistlərin sayının 2007-ci illə müqayisədə 13% artdığını, dünya üzrə artımın isə 2% olduğunu deyib: “Keçən il Türkiyəyə 23,5 milyon turist gəlmişdi və əldə edilən gəlir 18,5 milyard dollar idi. Bu il gələn turistlərin sayı isə dekabr ayı da əlavə edildikdə, 26 milyonu ötüb”.
İ. Yılmaz ən çox turist cəlb edən ölkələrin Fransa (ildə 80 milyon nəfər), İspaniya (60 milyon), ABŞ (56 milyon), Çin (54 milyon), İtaliya (43 milyon) və İngiltərə (30 milyon) olduğunu, Türkiyənin bu sırada 6-cı yeri tutduğunu söyləyib: “Qitələrin turizmdən əldə etdiyi gəlirlərə nəzər yetirdikdə Avropanın 433 milyard dollar, Asiya-Sakit okean ölkələrinin 188 milyard dollar, Amerikanın 171 milyard dollar, Afrikanın isə 28 milyard dollar qazandığını görmək olar. Bu yaxınlarda Antalyaya il ərzindəki 9 milyonuncu turist gəldi. Antalya təkbaşına qəbul etdiyi turistlərin sayına görə ehramları ilə məşhur Misiri geridə qoyub”.
İ. Yılmaz Türkiyənin turizm potensialının hələ tam istifadə olunmadığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR