Bank Of Baku

Macarıstanda bütün müəssisələr iqtisadi böhranla əlaqədar 4 günlük iş rejiminə keçirlər

Macarıstanda bütün müəssisələr iqtisadi böhranla əlaqədar 4 günlük iş rejiminə keçirlər
# 05 yanvar 2009 09:08 (UTC +04:00)
Budapeşt-APA. Macarıstanda elektron sənayesi şirkətlərinin ümumdünya maliyyə böhranı ilə əlaqədar qəbul etdiyi qərar hökumət tərəfindən dəstəklənib. APA-nın məlumatına görə, elektron sənayesi müəssisələrinin rəhbərləri həmkarlar təşkilatları ilə danışıqlardan sonra maliyyə böhranı ilə əlaqədar işçilərin sayını ixtisar etmək fikrindən vaz keçiblər. Bunun əvəzində elektron sənayesi sektorunda həftəlik iş günlərinin sayı 5-dən 4-ə endirilib. Macarıstan Avtomobil Sektoru Həmkarlar İttifaqının sədri Janos Borsik işçiləri işdən çıxarmaq əvəzinə dörd günlük iş sisteminə keçilməsini məntiqi qərar adlandırıb. Macarıstan hökuməti bu qərarı bəyənərək iqtisadi böhran başa çatana kimi təkcə özəl şirkətlərdə deyil, bütün müəssisələrdə dörd günlük iş rejiminin tətbiqini mümkün sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR