Bank Of Baku

Türkiyə HAMAS-ın mövqeyini BMT Təhlükəsizlik Şurasına çatdırmağa hazırdır

Türkiyə HAMAS-ın mövqeyini BMT Təhlükəsizlik Şurasına çatdırmağa hazırdır
# 05 yanvar 2009 13:51 (UTC +04:00)
Ankara – APA. Türkiyə Fələstinin HAMAS Hərəkatının mövqeyini və tələblərini BMT Təhlükəsizlik Şurasına çatdırmağa hazırdır. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O, yerli telekanallara müsahibəsində bildirib ki, BMT TŞ-nin müvəqqəti üzvü olan Türkiyə HAMAS-ın atəşin dayandırılması, blokadanın aradan qaldırılması və milli razılığa nail olunması məqsədilə fələstinli qruplar arasında danışıqların aparılması məsələlərinə dair tələblərini TŞ-yə çatdıra bilər. R. T. Ərdoğan vəziyyətin bu həddə çatmasında İsraili günahkar sayaraq bu ölkənin Türkiyənin vasitəçilik təşəbbüsünü rədd etdiyini söyləyib: “Təəssüf ki, İsrailin güc tətbiq etməsi bölgədə insanlıq dramına gətirib çıxarıb. Hesab edirəm ki, bu siyasət İsrailin özündə də ciddi problemlərə səbəb olacaq”.
R. T. Ərdoğan Tel-Əvivi hərbi əməliyyatı dərhal dayandırmağa çağırıb və yaranmış vəziyyəti, eləcə də Fələstinə humanitar yardım göstərilməsi məsələsini BMT TŞ üzvləri ilə müzakirə edəcəklərini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR