Bank Of Baku

Türkiyə hökuməti Nazim Hikmətin vətəndaşlıqdan məhrum olunması haqqında qərarı ləğv edib

Türkiyə hökuməti Nazim Hikmətin vətəndaşlıqdan məhrum olunması haqqında qərarı ləğv edib
# 06 yanvar 2009 08:41 (UTC +04:00)
Ankara – APA. Türkiyə hökuməti mərhum şair Nazim Hikmətin ölkə vətəndaşlığından çıxarılması haqqında 1951-ci ildə qəbul olunmuş qərarı ləğv edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazirin müavini və hökumət sözçüsü Cəmil Çiçək əvvəlki Cəza Qanununun 141-ci və 142-ci maddələri ilə vətəndaşlıqdan məhrum edilmiş Nazim Hikmətin vətəndaşlığının bərpası üçün Nazirlər Kabinetində qərar qəbul olunduğunu açıqlayıb: “Köhnə qanundakı maddələr artıq qüvvədə deyil. 1951-ci ildə verilmiş və hüquqi qüvvəsi olmayan qərar ləğv edilib”.
C. Çiçək şairin Rusiyadakı məzarının vətənə gətirilməsi haqda suala belə cavab verib: “Bu məsələ ilə bağlı Türkiyədə təkbaşına qərar verə bilməz. Məzarın köçürülməsi bizim üçün problem deyil. Amma ailəsi nə deyər, onu gözləmək lazımdır”. Mədəniyyət və turizm naziri Ərtoğrul Günay isə Nazim Hikmətin məzarını Türkiyəyə köçürməkdə qərarlı olduqlarını söyləyib: “Onun Anadoluda bir çinar ağacının altına basdırılmaq istəməsi ilə bağlı vəziyyəti var. Biz bu vəsiyyəti yerinə yetirməyə hazırıq”.
Ancaq Nazim Hikmətin bacısı Samiyə Yaltırımın nəvəsi Murad Gərmən məzarın Türkiyəyə köçürülməsinin doğru olmayacağını deyib: “Burada bəlkə rəmzi məzar daşı ola bilər. Onun Moskvada dəfn olunduğu məzarlıq çox gözəl bir yerdədir və şair önəmli şəxsiyyətlərlə birlikdə uyuyur. Orada qalması məsləhətdir. Amma oğlu Mehmet Nazimin nə düşündüyünü bilmirəm”.
Qeyd edək ki, Nazim Hikmət Türkiyə Kommunist Partiyasının üzvü olmaq ittihamı ilə 11 cinayət işi üzrə mühakimə edilib, 1938-ci ildə ordunu qiyama təhrik etmək ittihamı ilə 28 il 4 ay müddətinə azadlıqdan məhrum olunub və şeirləri yasaqlanıb. 1950-ci ildə verilən amnistiya ilə azadlığa çıxan N. Hikmət 48 yaşında hərbi xidmətə çağırıldığı üçün SSRİ-yə qaçıb. 45 il əvvəl vəfat edən N. Hikmət ölənə qədər Moskvada yaşayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR