Bank Of Baku

Rusiya Ukrayna vasitəsilə Türkiyə, Bolqarıstan, Yunanıstan və Makedoniyaya ixrac etdiyi təbii qazı kəsib

Rusiya Ukrayna vasitəsilə Türkiyə, Bolqarıstan, Yunanıstan və Makedoniyaya ixrac etdiyi təbii qazı kəsib
# 06 yanvar 2009 09:03 (UTC +04:00)
Moskva - APA. Rusiya yanvarın 5-dən 6-na keçən gecə Ukrayna vasitəsilə Türkiyə, Bolqarıstan, Yunanıstan və Makedoniyaya ixrac olunan təbii qazı kəsib. APA-nın məlumatına görə, bu barədə Bolqarıstan radiosu xəbər yayıb. Məsələ ilə bağlı Bolqarıstan İqtisadiyyat Nazirliyi yanında böhran vəziyyətlərinin idarə edilməsi üzrə Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. “Naftoqaz Ukrainı” şirkəti də ölkə ərazisi ilə ixrac olunan Rusiya qazının həcminin 3 dəfə azaldığını və avropalı istehlakçıların sıxıntı çəkəcəyini açıqlayıb.
Qeyd edək ki, Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti Ukrayna ərazisi ilə Avropaya göndərdiyi təbii qazın həcmini 65,3 milyon kubmetr azaldıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR