Bank Of Baku

Türkiyəli ekspert: “ABŞ-dan başqa heç bir ölkənin İsrail üzərində təsir gücü yoxdur”

Türkiyəli ekspert: “ABŞ-dan başqa heç bir ölkənin İsrail üzərində təsir gücü yoxdur”
# 06 yanvar 2009 10:22 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. Türkiyə Ekonomi Politikaları Vəqfinin əməkdaşı, Orta Şərq və terror məsələləri üzrə mütəxəssis Nihat Əli Özcanın APA-nın Türkiyə bürosuna müsahibəsi

- Hər 2-3 ildən bir İsrailin Fələstin torpaqlarında geniş miqyaslı hərbi əməliyyatları ilə qarşılaşırıq. Budəfəki əməliyyatın səbəbi nədir? HAMAS bu əməliyyatları lüzumlu qılacaq qədər güclü idimi?

- Bu, tərəflərin bir-birinə necə baxmasına bağlıdır. Çünki bizim üçün önəmli olmayan rəqəmlər və ya davranış qəlibləri başqa ölkələr üçün mühüm ola bilər. Necə ki, HAMAS-ın seçki ilə hakimiyyətə gəlməsinə baxmayaraq, onun iqtidarının legitimliyi Qərbdə və İsraildə mübahisə mövzusu edildi. HAMAS-ın Fələstin Azadlıq Təşkilatı ilə anlaşmaq yerinə onunla ziddiyyətə düşməsi, İran və Suriya ilə yaxından əməkdaşlıq etməsi bölgədəki sünni dövlətlərinin narazılığına səbəb olmuşdu. İsrail və Qərb də bunu yaxşı qarşılamırdı. Prezident Mahmud Abbasın lideri olduğu Fələstin Azadlıq Təşkilatı ilə döyüşdən sonra HAMAS Qəzzanın yeganə hakimi olmuşdu. Ona qarşı tətbiq edilən təcrid siyasətinə qarşı HAMAS bəzi vaxtlarda İsrailə qarşı aksiyalar keçirirdi. Bu aksiyalara iyun ayındakı atəşkəs sazişi ilə fasilə verilsə də, dekabrda aksiyalar yenidən başlamışdı. İsrailin son əməliyyatlarının səbəbi HAMAS-ın aksiyalarına son verməkdir.

- 2006-cı ilin iyul-avqustunda İsrailin Livanı işğalına, ondan əvvəl isə Ariel Şaronun Fələstin liderlərinə qarşı nöqtə əməliyyatlarına Türkiyədən sərt reaksiyalar olmuşdu. Türkiyəni yenə də etiraz dalğası bürüyüb. Baş nazir İsrailin son əməliyyatlarını Türkiyəyə qarşı hörmətsizlik kimi qiymətləndirdi. Sizcə, Türkiyə bu proseslərdə nə dərəcədə təsirli ola bilər?

- İsrail özünəməxsus cəhətləri olan bir ölkədir. Bu özünəməxsusluq onun ABŞ-la yaxın münasibətlərindən irəli gəlir. İkinci Dünya müharibəsində almanların yəhudiləri soyqırıma məruz qoyması Avropanın da İsrail qarşısında dilini qisa edir. Qərbin İsrailə təzyiq göstərmək üçün istək və arzusu yoxdur. Ərəb dünyası isə İsraillə HAMAS arasındakı savaşı görməzdən gəlir, çünki bu rejimlər üçün əsas şey öz iqtidarlarını qorumaqdır. Ərəb dünyası İsrailin Qəzzadakı əməliyyatlarından təsirlənmir. Təsirlənmiş kimi görünsələr də, daha çox timsah göz yaşı tökürlər. ABŞ-dan başqa heç bir ölkənin İsrail üzərində təsirli olacağını gözləmək lazım deyil. Buna Türkiyə də daxildir. İsrail qarşısına qoyduğu hərbi hədəflərə varmadan bu əməliyyatlara fasilə verməyəcək.

- Türkiyədə ictimaiyyətin reaksiyasını necə qiymətləndirirsiniz? Bu reaksiya hökumətin siyasətinə təsir göstərə bilərmi?

- Türkiyədə ictimaiyyətin həm din qardaşlığı, həm də əzilənin yanında olmaq duyğusunun təsiri ilə hərəkət edir. Həm müsəlmanlıq duyğusu, həm də əzilənin yanında yer almaq istəyi İsrailə qarşı ictimai təpki yaranmasını şərtləndirir. Bu reaksiyaların bir qisminin də daxili siyasət üçün hesablandığını düşünürəm.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR