Bank Of Baku

Terri Devis: “İsrail özünümüdafiə hüququna malik olsa da, bu müdafiə humanist xarakter daşımalıdır”

Terri Devis: “İsrail özünümüdafiə hüququna malik olsa da, bu müdafiə humanist xarakter daşımalıdır”
# 06 yanvar 2009 10:57 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Avropa Şurasının baş katibi Terri Devis “HAMAS” təşkilatının atəşkəs rejiminin müddətini uzatmamağını və İsrailin güc tətbiqini pisləyən bəyanatla çıxış edib. APA-nın məlumatına görə, Terri Devis Yaxın Şərqdə keçirilən hərbi əməliyyatların qurbanı olan mülki vətəndaşların taleyinə narahatlıq keçirilməməsindən mütəəssir olduğunu bildirib: “Mən “HAMAS”ın atəşkəsin pozulması qərarını pisləyirəm. Zorakılığın başlamasının əsl səbəbi bu qərardır. İsrail öz ərazilərini raket hücumlarından qorumaq kimi legitim hüquqa malikdir. Lakin bu müdafiə humanist xarakterli olmalı və insan hüquqları standartlarına cavab verməlidir. Buna görə də İsrailin güc tətbiqini pisləyir və BMT baş katibi Pan Ki Munun təcili olaraq sülh prosesinə başlamaq fikrini dəstəkləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR