Bank Of Baku

Avropa Birliyi Rusiya və Ukraynadan təbii qazın əvvəlki həcmdə ixracının bərpasını tələb edib

Avropa Birliyi Rusiya və Ukraynadan təbii qazın əvvəlki həcmdə ixracının bərpasını tələb edib
# 06 yanvar 2009 12:39 (UTC +04:00)
Brüssel. Aleksandr Kin – APA. Avropa Birliyinə sədrlik edən Çexiya və Avropa Komissiyası Rusiya tərəfindən Ukrayna vasitəsilə Avropaya göndərilən təbii qazın həcminin kəskin şəkildə azaldılması ilə bağlı birgə bəyanatla çıxış edib. APA-nın Brüsseldə olan müxbirinin verdiyi məlumata görə, Avropa Birliyi qazın əvvəlki həcmdə ixracının bərpası tələbini irəli sürüb: “Biz Avropa Birliyi ölkələrinə qaz göndərilməsini dərhal bərpa etməyə və hər iki ölkəni aralarındakı kommersiya mübahisəsini çözmək üçün danışıqlara başlamağa çağırırıq”. Bəyanatda bildirilir ki, qaz xəbərdarlıq edilmədən kəsilib ki, bu da Rusiya və Ukraynanın Avropa Birliyinə verdiyi vədlərə ziddir: “Bu situasiya qəbuledilməzdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR