Bank Of Baku

Hüsnü Mahallı: “Fələstin probleminin təməli Osmanlı İmperatorluğu 1917-ci ildə o torpaqlardan çəkildikdən sonra qoyulub”

Hüsnü Mahallı: “Fələstin probleminin təməli Osmanlı İmperatorluğu 1917-ci ildə o torpaqlardan çəkildikdən sonra qoyulub”
# 06 yanvar 2009 15:09 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. Türkiyənin “Akşam” qəzetinin yazarı, Orta Şərq üzrə ekspert Hüsnü Mahallının APA-nın Türkiyə bürosuna müsahibəsi

- Hər 2-3 ildən bir İsrailin Fələstin torpaqlarında geniş miqyaslı hərbi əməliyyatlarının şahidi oluruq. Əməliyyatlar silsiləsi bu şəkildə davam edəcəkmi?

- Belə də davam edəcək. Çünki İsrailin Fələstin xalqına qarşı qətliamları genetik bir problemin nəticəsidir və biz bu həqiqəti görmədən həmişə yanılacağıq. Çünki Osmanlı İmperatorluğunun 1917-ci ildə o torpaqlardan çəkilməsindən sonra sionist hərəkat yəhudiləri Fələstin torpaqlarına yerləşdirməyə başlamış və bu problemin təməli də o vaxt atılmışdır. Bəlkə də sultan Əbdülhəmid bu prosesləri əvvəlcədən gördüyü üçün yəhudilərə Fələstində bir qarış da torpaq verməyib. Çünki bu insanlar dünyanın dörd bir tərəfindən gələrək Fələstin xalqına qarşı terror və cinayət törətməyə başlayıblar. Hadisələrin kökünü orada axtarmaq lazımdır. Rus yəhudisi və ya Keniya, Həbəşistan yəhudisinin Fələstinə getməsinin ortaq tərəfi sadəcə, din və nifrətdir. Onlar müsəlmanlara nifrət edirlər. Onlar deyirlər ki, “Allah Fələstini yəhudilərə verdi”. Bunu dediyin andan etibarən ordan fələstinliləri qovmalısan. Xalqı qətliama məruz qoymağın və ya uşaqları öldürməyin səbəbi ilə bağlı sualların cavabı yoxdur - bu, genetik bir problemdir. Əgər söhbət dindən gedirsə, onda dünyada 1,5 milyard müsəlman, 3,5 milyard xristian var, Yerusəlim onlar üçün də müqəddəsdir. Gəlin hamımız gedib Fələstinə yerləşək, 5 milyard insan oranı zəbt etsin. Bunun məntiqi varmı?

10-15 il əvvəl HAMAS yox idi, Ərəfat vardı. Ərəfat onlarla sülh sazişi imzalasa da, xeyri olmadı. Ondan əvvəl Fələstin Xalq Cəbhəsi ilə Fələstin Demokratik Cəbhəsinin liderləri xristian idilər. Deyirlər ki, HAMAS raket atıb. Sən də Fələstini işğal etmisən, 41 ildir Qolan təpələrini işğal altında saxlayırsan. İndiyə qədər Qolanda İsrail işğalçılarına qarşı bir dənə də güllə atılmayıb. İsrail niyə çıxmır ordan? HAMAS-ın raketləri maşın səsboğanından hazırlanıb, onların nə təsiri olacaq? Ona görə də işin mahiyyətini görmədən danışdıqlarımızın faydası yoxdur.

- Türkiyənin təşəbbüslərinin faydasızlığını vurğulayırsınız və Misirlə Səudiyyə Ərəbistanının xəyanətkar olduğunu deyirsiniz.

- Bəli, Misir, İordaniya və Səudiyyə Ərəbistanı xəyanət edirlər. Həmin ölkələrin başında duranlar Amerikanın dəstəyinə arxalanaraq həm öz ölkələrini, həm də Fələstini satırlar. Onların varlıq səbəbləri Amerika və İsraildir.

- Üç il əvvəl HAMAS 65% səs alaraq hakimiyyətə gəldi. Niyə demokratiyaya hörmət etmirlər?

- Deyirlər ki, HAMAS din dövləti istəyir. Amma İsrailin özü də din dövlətidir. Bu ölkədə Konstitusiya yoxdur, “Tövrat” var. Orta Şərqin hər yerindəki antidemokratik dövlətlər Amerikanın əl uşağıdır, niyə Amerika oralarda demokratiya və insan hüquqları tələb etmir? Misirdəki rejim Amerikaya köpək kimi xidmət edir, onları niyə 30 ildir dəyişən yoxdur? İsrail bundan əvvəl neçə dəfə qətliam həyata keçirib. Bundan sonra da onun qarşısını heç kim ala bilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR