Bank Of Baku

“Qazprom”un nümayəndə heyəti Avropa Birliyinin rəhbərliyi ilə görüşəcək

“Qazprom”un nümayəndə heyəti Avropa Birliyinin rəhbərliyi ilə görüşəcək
# 07 yanvar 2009 08:04 (UTC +04:00)
Moskva – APA. Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin nümayəndə heyəti yanvarın 8-də Brüsseldə Avropa Komissiyası və Avropa Parlamentinin rəhbərliyi ilə görüş keçirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller baş nazir Vladimir Putinlə görüşündə deyib. Görüşdə “Qazprom” təmsilçiləri avropalı tərəfdaşlarını Ukrayna ərazisi ilə qaz tranzitinə dair müqavilələrin məzmunu ilə tanış edəcəklər. A. Millerin başçılıq edəcəyi nümayəndə heyəti Avropa Parlamentinin sədri Hans-Gert Potterinq və Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Andris Piebalqsla bir araya gələcək. Avropa Komissiyasının sədri Joze Manuel Barrozo ilə görüş də gözlənilir. “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov Ukrayna vasitəsilə ixrac olunan qazın həcmi azaldıldığı üçün başqa mənbələr vasitəsilə avropalı istehlakçılara göndərilən qazın miqdarını artırdıqlarını açıqlayıb. O, Belarus və “Mavi axın” xətti ilə əlavə qaz göndərməyə başladıqlarını, həmçinin Avropada yeraltı qaz anbarlarındakı ehtiyatlardan istifadə etdiklərini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR