Bank Of Baku

ATƏT sədri: “Rusiya ilə Ukrayna enerji məsələsində problemlərini qısa müddətdə həll etməlidir”

ATƏT sədri: “Rusiya ilə Ukrayna enerji məsələsində problemlərini qısa müddətdə həll etməlidir”
# 07 yanvar 2009 09:21 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis Avropaya qaz nəqlində problemlər yaranmasından narahatlıq ifadə edib, Ukrayna ilə Rusiyanı enerji sahəsində mübahisəni qısa müddətdə həll etməyə çağırıb. APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Dora Bakoyannis həm Ukraynanın, həm də Rusiyanın Avropanın enerji resursları ilə təchizatında mühüm rol oynadığını deyib və bu ölkələrin ATƏT üzvü olduqlartını xatırladıb: “Ümumi məxrəcə gəlmək üçün bütün vasitələrdən istifadə olunmalı, dialoq davam etməlidir. Biz bu məsələ ilə bağlı Avropa İttifaqı ilə əməkdaşlığı davam etdiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR