Bank Of Baku

Türkiyədə “Ergenekon”la bağlı növbəti həbs dalğası başlayıb

Türkiyədə “Ergenekon”la bağlı növbəti həbs dalğası başlayıb
# 07 yanvar 2009 09:31 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, polisin bu gün səhər 6 şəhərdə eyni anda keçirdiyi əməliyyat nəticəsində təxminən 30 nəfər həbs edilib. Türkiyədə Ali Məhkəmə və Baş Prokurorluq funksiyalarını yerinə yetirən, Yarğıtay adlanan məhkəmə instansiyasının fəxri baş prokuroru Sabih Kanadoğlunun, professor və jurnalist Yalçın Kiçiyin evlərində, İstanbulun ən məşhur ali məktəblərindən biri sayılan Yedditəpə Universitetinin rektoru, professor Bədrəddin Dalanın başçılıq etdiyi universitetdə və İstək Vəqfində (qeyri-hökumət təşkilatı) axtarış aparılır. Hər üç şəxs Ədalət və İnkişaf Partiyası (AKP) hökumətinə qarşı kəskin müxalif mövqeləri ilə tanınırlar. Həbs olunanlardan biri Türkiyə Əmniyyət Müdirliyinin (polis təşkilatı) keçmiş Özəl Hərəkat (xüsusi əməliyyatlar) İdarəsinin rəisi İbrahim Şahindir. O, PKK terror təşkilatına qarşı mübarizə aparan xüsusi təyinatlı qüvvələrin (özəl tim) qurucusudur. İ. Şahin Susurluq qalmaqalına görə bir müddət həbsdə yatıb. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq hüquq müşaviri, istefada olan general Ərdal Şənər və Hərbi Dəniz Qüvvələrinin adı açıqlanmayan kapitanı da həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR