Bank Of Baku

Avropa Komissiyası Rusiyadan nəql olunan qazın təzyiqini yoxlamaq üçün Ukraynaya müşahidəçilər göndərmək istəyir

Avropa Komissiyası Rusiyadan nəql olunan qazın təzyiqini yoxlamaq üçün Ukraynaya müşahidəçilər göndərmək istəyir
# 07 yanvar 2009 13:18 (UTC +04:00)
Brüssel-APA. Avropa Komissiyası Rusiyadan nəql olunan qazın təzyiqini yoxlamaq üçün Ukraynaya müşahidəçilər göndərməyi təklif edib. APA-nın məlumatına görə, Avropa Komissiyasının nümayəndəsi Fernan Tarradellas bildirib ki, Avropaya qaz nəqlinin dayanmasının səbəbini araşdırmaq üçün Ukraynaya müşahidəçilər göndərilə bilər. Qeyd edək ki, Rusiya Avropaya nəql olunan qazın həcminin azalmasını mavi yanacağın Ukrayna tərəfindən mənimsənilməsi ilə izah edir, Kiyev isə Rusiyanın qaz nəqlini tamamilə dayandırdığını bildirir. Rusiya və Ukrayna arasında davama edən “qaz müharibəsi” səbəbilə Avstriya, Macarıstan, Türkiyə, Yunanıstan, Xorvatiya, Çexiya və Rumıniyaya qaz nəqli tamamilə dayandırılıb, Almaniya, İtaliya və Fransaya ötürülən qazın həcmi isə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR