Bank Of Baku

Avropa Birliyi qaz problemi ilə bağlı xəbərdarlıqla çıxış edib

Avropa Birliyi qaz problemi ilə bağlı xəbərdarlıqla çıxış edib
# 07 yanvar 2009 14:04 (UTC +04:00)
Brüssel – APA. Yanvarın 8-də Avropaya qaz ixracı bərpa olunmasa, Avropa Birliyi Rusiya və Ukraynanın mübahisəsinə müdaxilə edəcək. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, bu bəyanatı AB-yə sədrlik edən Çexiyanın baş naziri Marek Topolanek verib. M. Topolanek bildirib ki, problem həllini tapmasa, həm AB-yə sədrlik edən Çexiya, həm də AB-nin özü məsələyə qarışmalı olacaq: “Rusiya və Ukrayna yanvarın 8-nə planlaşdırılmış danışıqlarda razılığa gəlməsələr, bu danışıqları ən yüksək siyasi səviyyəyə qaldırmaq lazım gələcək”.
Qeyd edək ki, Rusiya Ukrayna ərazisi ilə Avropaya təbii qaz ixracını tam dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR