Bank Of Baku

Türkiyədə ordu zabitlərinin həbsləri Baş Qərargahın icazəsi ilə həyata keçirilib

Türkiyədə ordu zabitlərinin həbsləri Baş Qərargahın icazəsi ilə həyata keçirilib
# 07 yanvar 2009 14:22 (UTC +04:00)
Ankara – APA. Türkiyədə “Ergenekon” əməliyyatı çərçivəsində saxlanılan ordu zabitləri Baş Qərargahın icazəsi ilə həbs edilib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, İstanbul Cümhuriyyət Baş Prokurorluğu yanvarın 7-də səhər saat 05-də Baş Qərargaha məktub göndərərək hərbçilərin həbsinə icazə verilməsini istəyib. Bir saat sonra Baş Qərargahdan icazə gəlib və polis saat 06.45-də 6 şəhərdə eyni anda əməliyyata başlayıb. Adapazarı şəhərində həbs olunan polkovnik Mustafa Dönməzin evində 22 əl qumbarası, 4 tapança, 1 “Kalaşnikov” avtomatı və minlərlə güllə tapılıb. Sivasda həbs olunan 11 nəfərin ev və iş yerlərində isə 2 tapança, 2 əl qumbarası, 5 ov tüfəngi və çoxlu sayda güllə aşkarlanıb. Sivas valisi Veysəl Dalmaz bildirib ki, saxlanılan şəxslər səs-küylü sui-qəsdlər planlaşdırırmış.

Qeyd edək ki, Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, istefada olan ordu generalı Tuncər Kılınç, 2-ci ordunun sabiq komandanı, istefada olan ordu generalı Kamal Yavuz, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq hüquq müşaviri, istefada olan general Ərdal Şənəl və hazırda orduda xidmət edən bir neçə zabit həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR