Bank Of Baku

Polşada aşkarlanmış kütləvi məzarlıqdakı insan qalıqları dəfn edilib

Polşada aşkarlanmış kütləvi məzarlıqdakı insan qalıqları dəfn edilib
# 08 yanvar 2009 08:14 (UTC +04:00)
Varşava – APA. Polşada 1945-ci ildə həlak olmuş 1800-ə yaxın almanın qalıqları ölkənin şimalındakı Malbork şəhərində dəfn edilib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, kütləvi məzarlıq 2008-ci ilin oktyabrında şəhərin mərkəzində otel tikintisi zamanı aşkarlanıb. Yerli məmurlardan biri deyib ki, kütləvi məzarlıqda aşkarlanan sümüklərin hamısının yerli sakinlərə məxsus olduğu şübhəsizdir. O, hər on kəllə sümüyünün birində güllə izləri olduğunu deyib. Güman edilir ki, almanlardan bəziləri sovet ordusunun hücumu, digərləri isə bombardman, aclıq və ya kəskin soyuqlar nəticəsində ölüb. İnsan qalıqlarının üzərindəki geyim dəfndən əvvəl çıxarılıb. Polşa hakimiyyət orqanları faktla bağlı təhqiqata başlayırlar.

Qeyd edək iki, İkinci Dünya müharibəsindən əvvəl Malbork Almaniyanın şəhəri olub və Marienburq adlanıb. 1945-ci ilin yazında şəhərdə sovet və geri çəkilən alman qoşunları arasında şiddətli döyüşlər gedib. Müharibədən sonra şəhər Polşanın tərkibində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR